9 Avqust 2018 19:13
3 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan qayıtdıqdan sonra birbaşa Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

Onun Xankəndinə gəlişinin anasına baş çəkmək məqsədi daşıdığı deyilsə də, hesab edirəm ki, Sərkisyan Qarabağ ermənilərini ətrafında birləşdirməklə baş nazir Nikol Paşinyana qarşı revanşa hazırlaşır.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Paşinyanın “Qarabağ klanı”na qarşı hücumları davam etdirdiyini deyən politoloqun sözlərinə görə, eks-prezident Robert Köçəryanın həbsi göstərdi ki, Serj Sərkisyan da bu təhlükədən sığortalanmayıb:

“Çünki Köçəryan kimi Sərkisyan da 1 mart qırğınlarından məsuliyyət daşıyır. Hesab edirəm ki, Paşinyan Sərkisyan-Köçəryan ikilisini neytrallaşdırmasa, öz hakimiyyəti təhlükə qarşısında qalacaq.

Buna görə də, Sərkisyanın Xankəndinə gəlişini Ermənistan baş naziri qarşısında mövqelərini gücləndirmək cəhdləri kimi qiymətləndirirəm. Qarabağdakı separatçı rejimin dəstəyini təmin edən Serj Sərkisyan bu məqsədlə Bako Saakyanla ittifaq quracaq. O, Xankəndinə həm də özünü həbs təhlükəsindən sığortalamaq üçün gəlib”.

M.Əsədullazadə qeyd edib ki, Qarabağdakı separatçıların Köçəryana dəstək kampaniyasına başlaması Nikol Paşinyana qarşı yeni planın hazırlanmasından xəbər verir.


Müəllif: Mənsur Rəğbətoğlu