Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammiti başa çatıb.
Tədbirin sonunda beş ölkə prezidenti tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
***
13:29
Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.
Tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.
Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.