21 Avqust 2018 12:47
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, qəbul avqustun 25-da saat 10:00-da Şəki şəhər rayon Polis şöbəsində olacaq. Görüşdə Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər