Müsavat Partiyasının başqan müşaviri Mustafa Hacıbəyli Ümid Partiyasının sədri İqbal Ağazadəni məsxərəyə qoyub.
Teleqraf.com-un xəbərinə görə, müşavir sosial şəbəkələrdə yazdığı statusunda "Ümid" sədrinin “savadsız olmasına" işarə edib:
“İqbal Ağazadə siyasi savadını xeyli artırıb. O, əvvəllər “protest elektoratı” əvəzinə “proses elektoratı” deyirdi. Özünü çoxbilmiş sayan partiya sədri hətta opponetlərini maarifləndirmək istəyib, aləmi bir-birinə qatıb. Və bu dəfə başqa bir əndrabadi ifadə işlədib - qorxu fobiyası. Bir 10 il də deputat olsa, yəqin "fobiya" sözünün elə qorxu mənası daşıdığını biləcək”.
Cavidan