29 Avqust 2018 23:40
2 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi haqqında danışıqlar aparmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bunu nəzərdə tutan diplomatik görüşün keçirilməsi niyyətinə dair sərəncam imzalayıb.

Sərəncamın mətni Rusiyanın hüquqi məlumatların rəsmi internet portalında yerləşdirilib.

Danışıqların nəticəsi olaraq Moskva ilə Bakı arasında ikitərəfli saziş imzalana bilər.

Qeyd edək ki, 2018-ci ilin ilk beş ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 25 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər