31 Avqust 2018 14:46
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 31-də Baş prokuror Zakir Qaralov Saatlı rayon prokurorluğunun inzibati binasında bir qrup vətəndaşlarla görüş keçirib.

Teleqraf.com xəbər verir ki, görüşdə Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror və Saatlı rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər