31 Avqust 2018 18:53
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət, status, işəgötürmə, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə əlaqədar olub. Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətlər qeydə alınıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır və bu məsələni dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər