12 Sentyabr 2018 17:19
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən tədris ilində aparılan monitorinqlər nəticəsində işində yol verdiyi nöqsanlara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı, on təhsil müəssisəsinin rəhbəri, iyirmi direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işindən azad edilib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla yanaşı Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib. Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsiaitin dövlət büdcəsinə qaytarılması təmin edilib”.


Müəllif: Gülxar

Oxşar xəbərlər