Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı yenidən Ermənistanla maraqlanmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Quşin deyib.
Quşinə görə, Paşinyandan əvvəl hakimiyyətdə olmuş siyasi qüvvələr Aİ ilə münasibətləri məhdudlaşdırmışdı:
“Lakin Rusiya yenidən canlanan Ermənistan-Avropa İttifaqı yaxınlaşmasından narahat deyil. İrəvan zamanla tarazılığı qoruyacaq. Azərbaycanla müharibə vəziyyəti, Türkiyə ilə qopmuş əlaqələr Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Bu nöqtədə İrəvanın Rusiyadan başqa alternativi yoxdur”.