Ötən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Floryadakı məsciddə cənazə namazı qılınıb.
Teleqraf.com xəbər verir ki, cənazə namazına hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb edilib.
Türkiyənin eks-baş naziri Əhməd Davudoğlu da mərasimə qatılıb.
Qeyd edək ki, Etimad İsmayılovun nəşinin bu gecə Bakıya gətiriləcək və sabah saat 13:00-da Nardaranda dəfn olunacaq.