Bu gün Bakıda rusiyalı tarixçi, hüquqşünas, professor Oleq Kuznetsov “Ermənistan: Faşizm tüğyan edən ölkə” adlı mətbuat konfransı keçirib.
Teleqraf.com verir ki, tarixçi Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin Arxiv Fondundakı elmi araşdırmalarının yekunu və Sovet Dövlət Təhlükəsizlik orqanlarının (ОГПУ-НКВД-МГБ-КГБ СССР), hazırda Ermənistanda dövlət səviyyəsinə qaldırılan tsexakronizm ideologiyasının özündə faşizmi təcəssüm etdirməsini təsbit edən və DTX tərəfindən açılan məxfi materialları təqdim edib.
Bildirilib ki, bu cür sənədlərin sayı minlərlədir. Onlar heç Moskvadakı arxivlərdə də qalamyıb. Həmin sənədləri ermənilər məhv edib. Ancaq Azərbaycan arxivlərində vətənpərvər insanlar belə sənədləri qoruyub.
“Bu gün Rusiyada rəsmi səviyyədə elan edilib ki, Qareqin Njdenin qəhrəman kimi təqdim edilməsi Ermənistanın daxili işidir və bu məsələnin Rusiya mətbuatında müzakirəsi qadağandır. Eyni zamanda Rusiya BMT-də nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə dair qətnamənin qəbulunun təşəbbüskarları arasında olub. Niyə, Moskva və dünyanın digər paytaxtlarında Ermənistanda nasizmin canlanmasına göz yumuldu?-, deyə tarixçi sual edib.
Professorun sözlərinə görə, Ermənistanda qəhrəman səviyyəsinə qaldırılan, İrəvanın mərkəzi küçəsində heykəli qoyulan Qareqin Njdenin nasist ideologiyasını təbliğ etməsinə dair çoxsaylı sübutlar var:
“Üzə çıxarılan sənədlər də bunu sübut edir. Belə ki, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının daxili işlər xalq komissarlığının dövlət təhlükəsizliyi idarəsinin 1935-ci il 7 aprel tarixli 138 saylı sənədində erməni daşnak ideologiyasının dövlət təhlükəsizliyini təhdid etdiyi vurğulanıb. Xüsusilə, sənəddə göstərilir ki, Ermənistanda sosializm açıq faşizmə çevrilir və buna görə də daşnakların ideologiyasına qarşı mübarizə formalarını genişləndirmək və gücləndirmək tövsiyə edilib. Bununla yanaşı, sənəddə Qareqin Njdenin məqaləsindən çıxarışlar verilir, hansı ki, orda gənc nəsil Hitlerdən nümuunə götürməyə çağırılır”.
Tarixçi qeyd edib ki, vaxtı ilə Qareqin Njde nasisit ideyalarına görə ABŞ-ın Boston ştatından deportasiya edilib: “ABŞ-da yaratdığı təşkilatın ideyasını “bəzi xalqlar digərlərindən üstündürlər və üstün xalqların zəif xalqları tapdalamaq, onları məhv etmək hüququ var” prinsipi təşkil edirdi. Bu səbəbdən də onu ABŞ-dav qovdular. ABŞ-dan qovulduqdan sonra Almaniyaya, faşizmin mərkəzi olan Münhen şəhərinə gəldi. Hitler Almaniyası onu çox gözəl qarşıladı, ona şərait yaratdılar, məqalələri çap olundu. Hansı ki, bu gün həmin məqalələr erməni faşizminin bütün simasını ortaya qoyur”.
Mütəxəssis deyib ki, bu gün ermənilər 1937-ci ildə repressiyaya məruz qaldıqlarını iddia edirlər:
“Amma daşnakları Sovet Zaqafqaziyası erməni, millətçi, bolşevik ideyalarına qarşı olduqlarına görə deyil, onların liderlərinin özlərini Hitlerin, onun insanlığa qarşı ideologiyasının tərəfdarları elan etdikləri üçün məhv ediliblər. Onun əsil soyadı Njde deyil, Njdeydir. Soyadının tam tərcüməsi isə “mənfəət axtarışında vətənini tərk edən bir adam”, müasir şəkildə - is “qastarbeiter”(iş məqsədilə ölkəni tərk edən adam). Nijde faşist Almaniya ilə əməkdaşlıq çərçivəsində uzun müddət Sovet İttifaqına qarşı mübarizə aparırdı və Balkanlarda, Qafqazda, Azərbaycan və Şimali İranda müsəlman inanclı insanların ölümündə günahkar olub”.