21 Sentyabr 2018 10:43
2 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərinin “Fəhmidə” meydanında fars dilində lövhə qoyulub.

Teleqraf.com xəbər verir ki, Təbriz Bələdiyyəsinin bu addımı şəhər sakinlərinin etirazlarına səbəb olub.

Güneydən olan milli-mədəni fəallar bunu yerli əhaliyə qarşı saymazlıq və hörmətsizlik kimi qəbul edirlər.

Bələdiyyənin bu addımı İran hakimiyyətinin göstərişi ilə atdığını bildirən milli fəallara görə, burada əsas məqsəd Azərbaycan şəhərlərində fars dilini təbliğ etməkdir.

Şəhər sakinləri də etiraz edərək, onların seçiminin fars dili yox, türk-Azərbaycan dili olduğunu bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər