Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela və Baham Adalarının xarici işlər nazirləri ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfildlə görüşdə nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.
Onlar həmçinin, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, o cümlədən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi aparıblar.