25 Sentyabr 2018 17:28
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ABŞ və başqa dövlətlərin iştirakı ilə Aralıq dənizinin Türkiyə hissəsində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Baş Qərargahdan bildirilib ki, təlimlər senytabrın 28-də başlayıb, oktyabrın 7-də başa çatacaq.

“Mavi balina-2018” adlanan hərbi dəniz təlimləri Aralıq dənizinin şəqrində keçiriləcək. Təlimlərdə ABŞ və NATO üzvü olan digər ölkələrin, Azərbaycan, Bəhreyn, Əlcəzari, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər