Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda bir sıra həmkarları ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev və Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara ilə bir araya gəlib.
Görüşlər zamanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər müzakirə edilib.