21 Avqust 2014 12:21
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Krallığı ölkəmizə yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Norveçin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu vəzifəyə Bord İvar Svendsen (Bård Ivar Svendsen) təyin olunub.

B.İ.Svendsen bu təyinatadək Norveçin Xarici İşlər Nazirliyində, ölkənin Latviyadakı və Rusiyadakı səfirliklərində diplomatik fəaliyyətlə məşğul olub.

Qeyd edək ki, bundan öncə Erlinq Şönsberq Norveçin Azərbaycandakı səfiri vəzifəsində diplomatik fəaliyyətini başa çatdırıb.

Xatırladaq ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb. Ötən dövr ərzində Norveç və Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar və müqavilə-hüquq bazası yaradılıb. Norveç rəsmiləri dəfələrlə bəyan ediblər ki, Norveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir.


Müəllif:

Oxşar xəbərlər