1 Oktyabr 2018 13:09
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin plenar iclasında Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, deputatlar işlər planına müəyyən təkliflər verib.

Deputat Zahid Oruc deyib ki, Azərbaycan informasiya təhlükəsizliyinə ciddi əhəmiyyət verməlidir:

“Azərbaycan dövlətinə qarşı xaricdə informasiya savaşı aparılır. Dünyada Youtube kanalını izləyənlərin sayı milyonları keçib. XXI əsrin dövləti öz təhlükəsizliyinin başqa mexanizmlərini də nəzərə almalıdır. Hesab edirəm ki, Azərbaycan Youtube kanalından öz təbliğatını qurmadılar.

Biz terrorla qarşı qanunvericilik qəbul etmişik. Hesab edirəm ki, Avropada oturub Azərbaycana qarşı fəaliyyət göstərənlərin fəaliyyəti bu qanuna əsasən, qiymətləndirməlidir.

Dövlət başçısına olan hücumlar dövlətə və Azərbaycanın təhlükəsizliyinə olan hücumdur.

Belə kampaniyaları aparanlardan biri Fəxrəddin Aboszadə adlı şəxsdir. Çox yaxşı haldır ki, həmin şəxs Moskvada həbs olunub. Bu şəxslərin cəzalandırılması, ölkəyə qaytarılması özlərini cəzasızlıq mühitində hiss edənlərə bir cavab olardı”.

Deputat Vahid Əhmədov isə xatırladıb ki, ötən il əmanətlərin sığortalanması haqda qanun layihəsi qəbul olunub: “Bu qanun layihəsinuin müddəti 3 ildir və 2019-cu ildə qüvvədən düşəcək. Hazırda bank sistemində vəziyyət ürəkaçan deyil. Təklif edərdim ki, bu qanun layihəsinin müddəti uzaldılsın”.

Əhmədov xarici valyuta ilə alınan kreditlərlə bağlı qanun qəbul edilməsinin vəziyyətdən çıxış yolu olmadığını da deyib:

“Bu ağır nəticələr yarada bilər. İndiyə qədər biz banklara və digər strukturlara yazırdıq və nəticədə insanlara müəyyən güzəştlər edilirdi. Mən cənab prezidentdən xahiş edirəm ki, bu məsələyə diqqət ayırsın”.

Hazırda müzakirələr davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər