Rusiya Azərbaycanla münasibətlərin inkişafında son dərəcə maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı iqtisadçı Viktor Katona deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi vəziyyəti haqqında Konvensiyanın imzalanmasından sonra Azərbaycan Xəzər dənizi üzərindən çəkiləcək boru kəmərləri məsələlərində, Xəzər dənizindən Avropaya neft və qaz tədarükü sahəsində Rusiya üçün əsas tərəfdaşdır: “Tərəflər münasibətləri inkişaf etdirilməsinin faydalı olacağını başa düşürlər”.