17 Oktyabr 2018 15:04
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Türkiyədə dövlət səviyyəsində transmilli cinayətkarlıqla mübarizə üzrə dördtərəfli hökumətlərarası qrupun yaradılması layihəsi təsdiqlənib. Azərbaycan və Gürcüstan da birgə mübarizə planına daxil edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, məsələ Ukrayna Milli Təhlükəsizlik İdarəsinin rəisi Sergey Knyazev və Türkiyə Təhlükəsizlik Şurasının baş katibi Cəlal Uzunkaya arasında keçirilmiş görüşdə müzakirə edilib.

Knyazev 4 ölkənin transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparacağını bildirib.

Onun sözlərinə görə, Ukrayna və Türkiyə ilə yanaşı, Azərbaycan və Gürcüstanın da transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qrupuna daxil edilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər