20 Oktyabr 2018 00:15
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı səfər zamanı Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak edib.

İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə terrasdan “Star” neft emalı zavodunun ərazisini seyr edib, zavodun idarəetmə ofisi ilə tanış olub. Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib. Sonda Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər