Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları döyüş atışları icra edir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gündüz və gecə vaxtı keçirilən təlim məşqlərinin əsas məqsədi zirehli texnika ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsidir.