25 Oktyabr 2018 18:10
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda ən mühüm mədəni proses multikultiralizm hərəkatıdır. Multikultiralizm Azərbaycan xalqı üçün tarixən məxsusi xüsusiyyət olub”.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Multikulturalizm Cəmiyyətdə sabitliyin əsas faktoru mövzusunda çıxışı zamanı deyib.

K.Abdulla bu gün multikulturalizmin dövlət siyasəti olduğunu və bunu dəfələrlə Cənab Prezident İlham Əliyevin dilə gətirdiyini bildirib. “Azərbaycanda multikultural düşüncənin dövlət səviyyəsində qorunması multikultural təhlükəsizliyin qorunması ilə bağlıdır. Hər bir ölkənin multikultural təhlükəsizliyi olmalıdır. Bu təhlükəsizliyi qoruyan ölkə potensial katakilizmləri qorumaq imkanına malik olur. Azərbaycan Prezidentinin son illər müxtəlif dinlərə olan münasibətini, sənədlərin gözü ilə baxsaq, ölkəmizdə heç bir dinin başqa dindən yüksək səviyyədə durmadığını müşahidə edirik. Bu sənədlərə baxanda ölkə Prezidentinin dil, milli, dini müxtəlifliklərə bərabər baxışını müşahidə edirik. Azərbaycanda yaşayan heç bir milli azlıq nümayəndəsi digərlərindən fərqi müşahidə etmir”.

K.Abdulla multikulturalizmin Avropada özünü doğrultmadığını deyib: “Azərbaycanda isə multikulturalizmin nikbin qütbü təntənə çaldı. Bu da Azərbaycanda dil, milli və dini ayrı-seçkiliyin olmamasından irəli gəlir”.


Müəllif: Cavad

Oxşar xəbərlər