30 Oktyabr 2018 12:48
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan ərazisində yaşayan soydaşlarımızın ata-baba yurdlarından qovulmasından 30 il keçir. Bu deportasiya ilə bağlı Milli Məclis deputatlarının iştirakı ilə ictimai dinləmələrin keçirilməsinə ehtiyac var”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu deportasiya ilə bağlı bəyanatın qəbul edilə bilər:

“30 il bundan öncə Ermənistan torpaqlarında yaşayan 250 minə yaxın soydaşımız daşnak quldurların deportasiyası nəticəsində öldürüldülər, ata-baba yurdlarından didərgin salındılar. 30 ildir həmin torpaqlarda azan səsi eşidilmir. Bu məsələyə ümummilli lider Heydər Əliyev tərəfindən qiymət verilib. Lakin təklif edərdim ki, bu ilin dekabr ayında Milli Məclisin deputatları, alimlərin iştirakı ilə ictimai dinləmə keçirilsin. Həmin dinləmələrin yekunu olaraq bu deportasiya ilə bağlı bəyanat qəbul edilsin”.


Müəllif: Gülxar

Oxşar xəbərlər