Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana təhvil verilməsi müzakirə mövzusu deyil.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi David Babayan deyib.
Babayan Qarabağda saxta ittihamla “həbs edilmiş” Azərbaycan vətəndaşlarının “cəza” müddəti bitənədək geri verilməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgəro və Şahbaz Quliyev 2014-cü ildə işğal altındakı Dağlıq Qarabağa gedərkən, Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Azərbaycan tərəfinin və bir sıra beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, Ermənistan D.Əsgərov və Ş.Quliyevi qaytarmaq niyyətində deyil.