“Günün birinci hissəsində iclasda iştirak edən, çıxışa yazılan millət vəkili, ikinci hissədə üzrlü səbəbdən iştirak etmirsə bunu necə bildirməlidir?”
Teleqraf.com-un xəbərinə görə, bu sözləri millət vəkili İlham Əliyev Milli Məclisdə çıxışı zamanı ikinci hissədə iştirak etməyən deputatların intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bəzi hallarda deputatlar müəyyən məqamlarda, üzrlü səbəbdən ikinci sessiyada iştirak edə bilmirlər.
“Bu halda kimə, necə məlumat verilməlidir? Bundan başqa kimin ikinci hissədə iştirak edib-etməməsinin heç kimə aidiyyəti yoxdur. Hər kəs özünə cavabdehdir”