15 Noyabr 2018 17:16
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Qusar rayonunun Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com sərəncamın mətnini təqdim edir:

1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Qusar–Əniq–Laza avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,6 milyon (altı milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Əflatun Allahyar oğlu

Quliyev Hüsnü Ələkbər oğlu

Məmmədov Aqibət İdris oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Amil Məhəmməd oğlu

Əmirov Çingiz Aydın oğlu

Gülgəzov Fərhad Aşır oğlu

Həmzəyev Müseyib Mürsəl oğlu

Həsənov Zaur Mail oğlu

İbrahimov Valeh Firudin oğlu

Qarayev Coşqun Əlövsət oğlu

Mirzəbəyov Əhməd Əzizxan oğlu

Musayev Fazil Kamal oğlu

Səfərov Afiq Surxay oğlu.

***

Azərbaycan Respublikası Prezidenti Şükür Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

1. Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər