16 Noyabr 2018 10:55
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Türkmənistan Respublikası vətəndaşı Orazov Nurmammet Orazmammet oğluna məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitənin olmadığını bildirib.

Vətəndaş özünü şübhəli və narahat apardığı üçün onun üzərində şəxsi yoxlama aparılıb və əynindəki gödəkçənin sol üst cibindən üç bükümdə, ümumi çəkisi 13 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Daha bir əməliyyat Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda keçirilib və Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Gürcüstandan gələn bu ölkə vətəndaşları - Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Aytən