23 Noyabr 2018 23:05
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il öncə – 2016-cı ildə baş vermiş aprel döyüşlərinin onlarla iştirakçısı İrəvanın mərkəzində Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, “Sputnik Armenia”da yer alan xəbərə görə, nümayişçilər mövcud hakimiyyətə etiraz əlaməti olaraq Respublika meydanı ilə kəsişən küçələrdən birini blokadaya almağa çalışıblar, amma polislərin kəskin müqaviməti ilə qarşılaşıblar.

İşğalçı ordunun əsgəri Tiqran polislərin küçəni bloklamamaq çağırışlarına cavab olaraq deyib:
“Cənab baş nazir küçələri bağlayanda (burada Nikol Paşinyanın başçılığı ilə 2018-ci ilin aprelində keçirilən kütləvi etiraz nümayişləri nəzərdə tutulur-red.), bütün bölgələrdən insanlar onu dəstəkləməyə gəlirdilər. İndi də tələb edirik ki, Paşinyan bizi dəstəkləsin və problemlərimizi həll etsin”.

Etiraz aksiyasının iştirakçıları səsgücləndiricilər vasitəsilə aprel müharibəsində iştirak haqqında onların hərbi biletlərinə qeyd əlavə olunmasını, həmçinin əlverişli şərtlərlə lazımi tibbi yardımla təmin edilmələrini və təhsil haqlarının azaldılmasını tələb ediblər.

İşğalçı ordunun daha bir əsgəri Manuk Manukyan agentliyə bildirib ki, onun dostlarından biri döyüşlərdə yaralanmışdı, indiyədək qəlpələri çıxarılmayıb, hətta aldığı təqaüd də azaldılıb. Əsgər Ermənistan hökumətini verdiyi vədləri yerinə yetirməyə çağırıb, baş nazir vəzifəsini icra edən N.Paşinyanın nümayişçilərlə görüşməsini tələb edib.

Zənnimizcə, bu faktlar bir daha sübut edir ki, Ermənistanın təkcə xarici siyasətində deyil, daxili həyatın bütün sahələrində tam uğursuzluq və iflas hökm sürür. İrəvanın işğalçılıq siyasətini davam etdirdiyi müddətdə bu uğursuzluqlardan xilas olması qeyri-mümkün görünür.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər