Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) artilleriyaçıları “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda iştirak edirlər.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Plana uyğun olaraq hava kəşfiyyatı vasitələrilə təchiz edilmiş reaktiv artilleriya divizionları şərti düşmən müdafiəsinin taktiki və əməliyyat dərinliyində mərhələlər üzrə tapşırıqları yerinə yetirirlər.