1 Dekabr 2018 12:13
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, o, Xankəndidə Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Ermənistan Milli təhlükəsizlik xidmətinin rəisi Armen Qriqoryan da İrəvandan işğal bölgəsinə gələn nümayəndə heyətinin tərkibində olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər