3 Dekabr 2018 17:39
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən, Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən

Oxşar xəbərlər