Son günlər ən çox müzakirə olunan mövzulardan biri xəyanətdir. Həyat yoldaşının ona xəyanət etdiyini iddia edən azərbaycanlı kişi xanımının başını keçəl qırxaraq onu alçaldıb, daha sonra həmin videonu sosial şəbəkələrdə yayıb. Məlum hadisə ölkə gündəmində geniş rezonans doğurub.
Ərinə xəyanət etdiyi deyilən qadının şiddətə məruz qalması qınaq obyektinə çevrilsə də, bunun əksini düşünənlər də az deyil.
Azvision.az mövzunun aktuallığını nəzərə alaraq paytaxt sakinləri arasında videosorğu keçirib.
"Həyat yoldaşınız sizə xəyanət etsə, nə edərsiniz" sualına respondentlərin cavabları müxtəlif olub. Qadınlardan fərqli olaraq, kişilər xəyanəti qətiyyən bağışlamaq niyyətində olmadıqlarını söyləyiblər.