Dekabrın 6-7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə iştirak edəcək.
Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaqr.