"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in vasitəçilik səylərini dəstəkləyir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın Milan şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz Cənubi Qafqazda təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in vasitəçilik səylərini dəstəkləyirik”, - deyə Lavrov vurğulayıb.