7 Dekabr 2018 12:30
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21044" markalı avtomobilə "Qırmızı Körpü" postunda baxış keçirilib.

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində "Enigma Fireworks" yazısı olan 760 ədəd və "Corsar" yazısı olan 1560 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Aytən