18 Dekabr 2018 14:28
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Himnlə bağlı müzakirələr mənim əleyhimə yönəldi, amma cəmiyyətimiz üçünə xeyirli oldu. Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etmək istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır.

Tahir Kərimli deyib ki, Müsavat Partiyasının başqanı himnin sözlərinin dəyişməz olduğunu deyir. “Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi”.


Müəllif: Cavad