İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Teleqraf.com-un xəbərinə görə, təbrik məktubunda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin.
Sizin adınız Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər assosiasiyası doğurur.
Sizin yüksək intellektual potensialınız, geniş təfəkkürünüz və dövlət idarəçiliyi sahəsində çoxillik təcrübəniz dinamik inkişaf edən müasir reallıq şəraitində optimal qərarlar qəbul etməyə imkan verir.
Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan yüksəldilməsinə yönəlib.
Ölkənin iqtisadi potensialının möhkəmlənməsi, insanların həyat keyfiyyətinin yaxşılaşdırılması Sizin Prezident vəzifəsində səmərəli işinizin dəyişməz prioritetləri olub və yenə də belədir.
Əminəm ki, Sizin qərarlar qəbul olunmasında və hər bir işdə nümayiş etdirdiyiniz siyasi iradə və müdriklik güclü və inkişaf etmiş dövlət yaratmağa, Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı inteqrasiyanın möhkəmlənməsinə bundan sonra da kömək edəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".