Azərbaycanın baş naziri Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Türkiyənin XII prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməkdir.
Andiçmə mərasimində baş naziri bir qrup azərbaycanlı deputat müşayiət edəcək.
Mərasimdə 14 ölkənin lideri, 10-a yaxın ölkənin baş naziri iştirak edəcək. Bir neçə ölkə isə parlament sədri və nazirlər səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi bu gün keçiriləcək.