7 Fevral 2019 23:15
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə məqamlar var ki, onları söz ilə ifadə etmək olmur və yaxud həddən artıq çətindir. Prezident İlham Əliyevin də Şamaxıda zəlzələdən zərər çəkən evlərə baxış keçirərkən ağbirçək ana ilə söhbəti və onun əlini öpməsi bu cür məqamdır.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Prezident İlham Əliyevin Şamaxıda zəlzələdən ziyan görən evə baxış keçirərkən ev sahibəsi olan ağbirçək qadının əlini öpməsinə münasibət bildirərkən deyib. A.Camalqızı bildirib ki, bu kadrlar və dialoq Prezidentin xalqa, insanlara şəxsi münasibətinin göstəricisidir:

“Diqqət etdinizsə, bu təsirləndirici məqam həddən artıq böyük səmimiyyət və böyük ürəklə, böyük sevgi ilə baş verir. Dünyanın bütün siyasi texnologiyaları səmimiyyətin qarşısında çilik-çilik olur. Prezident İlham Əliyevin xalq arasında bu qədər sevilməyinin, bu qədər böyük dəstək görməsinin səbəbi də onun böyük ürəyi, həddən artıq səmimi olmasıdır. Prezident cani-dildən xalqladır, xalqın yanındadır və ən ümdəsi, İlham Əliyev canıyla, qanıyla adət-ənənəmizə bağlıdır, dəyərlərimizi ən yüksək kürsüdən qoruyur, yaşadır və təbliğ edir”.

A.Camalqızının sözlərinə görə, Prezident hər dəfə nümunə göstərir:

“Bu da bir nümunədir: İlham Əliyev hamıya göstərdi ki, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, özündən böyüyə qarşı münasibətdə Azərbaycan xalqının minillərlə formalaşdırdığı dəyərlə yaşayır. Ağbirçəyin yaşlı olduğu üçün ayağa dura bilmədiyi bəllidir. Ancaq qəribə şəkildə bu mənzərə də Prezidentlə ağbirçəyin mükaliməsini və səmimiyyətini tamamlayırdı. El ağbirçəyi oturmuşdu, Prezident isə onun qarşısında ayaqüstə idi. Və ağbirçəyin adətimizə, ənənəmizə uyğun, təmtəraqdan, ütülü sözlərdən kənar xeyir-duası da böyük gələnəyimizin yaşandığı hissi ilə adamı həddən artıq təsirləndirirdi. O alqışın, o duanın, o səmimiyyətin ünvanıdır İlham Əliyev. İlham Əliyev xeyir-duanı xalqdan bu cür – xidməti, zəhməti ilə, gecə-gündüz gördüyü işlərlə alır, ölkənin qürurunu ayağa qaldırması ilə İlham Əliyev özü bizim qürur yerimiz olur. Və əlbəttə ki, Prezidentin hər belə görüşü, səmimiyyəti bizdə də böyük qürur doğurur. Hər xalqın, hər millətin taleyinə bu cür səmimi, “seçki texnologiya”sından kənar, əsl el, xalq və millət adamı olan lider çıxmır. İlham Əliyev artıq illərdir ki, xalqımızın özünüifadəsi, sözü, gücü, qürur mənbəyi, iftixarıdır”.

A.Camalqızı həmçinin Prezidentin ən xırda məqama da diqqət çəkdiyini xatırladıb:

“Prezident əmin edir ki, təmiri də dövlət edəcək, təmir olunması mümkün olmayan evləri də dövlət tikəcək. Diqqət etdinizsə, müşahidə etdiyi evin təmirinin mümkün olmayacağı, onun yenidən tikiləcəyini təxmin edən kimi dərhal Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan soruşur ki, yeni evlər tikilənə qədər bu insanlar harada qalacaq?

Xırda detaldır, ancaq Prezidentin xalqın hər bir fərdinin üzləşdiyi çətinliyi məhz elə ən xırdalığına qədər də düşündüyünün göstəricisidir bu. Buna görə İlham Əliyev böyükdür, buna görə alternativsizdir və buna görə xalqın sevimlisidir”.

A.Camalqızı Prezidentin ağbirçəyin əlini öpməsi kadrının sosial şəbəkədə böyük rezonans doğurması məsələsinə də toxunub:

“Xalq Prezidentinin nə qədər səmimi və insani keyfiyyətlərə malik, humanist, genişqəlbli və genişdüşüncəli olduğunu çox yaxşı bilir. Ona görə də Prezidentin hər bir görüşü günlərlə, aylarla, bəzən illərlə xalq arasındakı əks-sədasını qoruyub saxlayır. Bu görüntülər də o qəbildəndir və illərlə öz aktuallığını qoruyacaq. Çünki bu, həm də məmurlara bir sinqaldır. Prezidentin özünün dediyi bir məşhur söz var: biz xalqın xidmətçiləriyik. Atatürk də hər zaman deyirdi ki, xalqa xidmət edəni xalq da öz əfəndisi seçər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər