Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə start verilib. Maliyyə sektorunda baş verən isalahatlar paralel olaraq sosial sferada da aparılır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Əli Məsimli deyib.
Deputat əlavə edib ki, bu islahatların xalq tərəfindən dəstəklənməsi özünü açıq göstərir: “Prezidentin minimum əmək haqqının yaşayış minumumu səviyyəsinə çatdırılması istiqamətində atdığı addım hamı tərəfindən dəstəklənir.
Prezidentin bu qərarı martın 1-dən tətbiq ediləcək. Ancaq biz indi baxanda görürük ki, yağ və süd məhsullarının qiyməti bu addıma reaksiya verib. Prezident hər zaman belə süni qiymət artımının qarşısını almaq üçün aidiyyəti orqanlara göstəriş verib. Hesab edirəm ki, bu artımın aztəminatlı ailələrin riufahını yaxşılaşdırması üçün müvafiq strukturlar monopolislərin süni qiymət artımına getməsinə imkan verməməlidir”.