Prezident İlham Əliyev Litva Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir: "Hörmətli xanım Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".