19 Fevral 2019 13:06
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayrı-ayrı şəxslər internet televiziyalarda çıxış edərək, ölkədə həyata keçirilən sosial layihələri müxalifətin yanvarın 19-da keçirdiyi mitinqlə əlaqələndirir. Onlar bu fikirlərlə xalqı aldatmağa çalışırlar. Lakin hər kəs bilməlidir ki, cənab Prezident ötən ilin aprelində seçkidən sonra ölkədə əmək haqlarının ödənilməsi, yeni istehsal müəssisələrinin açılması ilə bağlı öz proqramını ortaya qoymuşdu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu şəxslər ölkədə sabitliyi pozmaq, insanları yoldan çıxartmaq, özlərinə tərəfdaş toplamaq üçün ölkə başçısının hər addımını öz adlarına çıxırlar:

“Bu insanlar bir vaxtlar dövlət büdcəsini talamaqla məşğul idilər. Bu gün isə dövlət büdcəsi xalqın rifahına xidmət edir. Bu yanlış məlumatları yayanlar bilməlidirlər ki, bu gün artırılan pensiyalar və əmək haqları ilə bağlı məsələ ötən ilin noyabr ayında dövlət büdcəsinin müzakirəsi zamanı təsdiqlənib.

Dövlət büdcəsi xalqımızın maraqlarına xidmət edir. Sərəncamlar həm dövlət, həm də özəl sektorda çalışanların rifah halının yüksəlməsinə xidmət edir. Hər bir vətəndaş bilməlidir ki, atılan bütün addımlar cənab Prezident tərəfindən proqramlaşdırılan 5-7 illik proqramların nəticəsidir. Bu, kiminsə mitinq və yürüşünün nəticəsi deyil. O adamlar istəyir ki, bu layihələr həyata keçməsin. həm ölkə daxilində, həm də xaricdə yaşayanlar məkrli niyyətli ilə özlərini tarixin arxivinə göndərəcəklər.

Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyevanın Beyləqan, Şamaxı, Gəncə, eləcə də digər bölgələrdə keçiridikləri görüşlərin hamısında insanların onalara münasibəti dövlət-xalq birliyindən xəbər verir”.


Müəllif: Gülxar

Oxşar xəbərlər