26 Fevral 2019 13:00
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəsədlər üzərində aparılan araşdırmalarda bir çoxunun yandırıldığı, gözlərinin oyulduğu, hamilə qadınların qarnının yarılıb işgəncə verildiyi ilə bağlı vəhşi aktı bir sıra xarici media orqanları ifşa etdi. Ortaq qənaətə görə, bölgədə yaşayan azərbaycanlılar soyqırıma – genosidə məruz qalıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Onun sözlərinə görə, Xocalıda yaşanan insanlığa sığmayan qətliamın səbəbi Azərbaycan torpaqlarını Ermənistana birləşdirməkdən ibarətdir:

“1915-ci ildə Qars, Ərdahan, Ərzurum və Anadolunun bəzi bölgələrində, çar Rusiyasının yardımı ilə ermənilərin insanlıq əleyhinə etdiyi qətliamın və qeyri-qanuni işğal cəhdinin eynisi bu yüz ildə Sovet imperiyasının dəstəyi ilə Qərbdəki güclərin göz yumması nəticəsində azərbaycanlılara qarşı törədildi. Əminəm ki, bu Vətən torpağı yaxın zamanda azadlığına qovuşacaq, üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı Qarabağ səmasında dalğalanacaq”, - deyə Yalçın Topçu qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər