“Türkiyə Xocalı qətliamını və Ermənistanın Azərbaycan torpaqlarında davam edən işğalını qınayır”.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Türkiyə qardaş Azərbaycanın kədərini bölüşür: “Azərbaycanlı qardaşlarımızın 27 il öncə Xocalıda məruz qaldığı qətliamın acısını dərindən hiss edir və səmimiyyətlə bölüşürük. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk”.
Bəyanatda vurğulanır ki, Ermənistanın Xocalı şəhərinə hücumu nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı öldürülüb, yaralanıb və əsir düşüb, 1 milyondan çox insan yurd-yuvasından didərgin düşüb, öz ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub.