Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Od çərşənbəsini tonqal ətrafında qeyd edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu barədə İnstaqramda şəkil paylaşıb və bu sözləri yazıb: "Çərşənbəniz Mübarək olsun!"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da təbriki rəsmi "Instagram" səhifəsində paylaşılıb:
"Ulu Tanri ölkəmizi, xalqımızı bütün xətalardan, pis niyyətlərdən qorusun. Yolumuzu aydın, ürəklərimizi mərhəmətli, arzularımızı daim saf etsin! Təbrik edirəm!".