9 Mart 2019 14:06
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncam “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə imzalanıb.

1. “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər