Cənubi Kiprin da ehtiyacı olduğu zaman onlar sülh mesajı alacaq.
Teleqraf.com-un Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, bu sözləri bu gün Şimali Kiprə səfər edən Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Yunanıstan da Kiprlə bağlı vəzifələrini yerinə yetirməlidir və bundan sonra bu problem çox qısa zamanda həllini tapa bilər.
Ərdoğan həmçinin Türkiyə ilə Şimali Kipri “ana ilə bala”ya bənzədib. Prezident sabah Azərbaycana səfər edəcəyini də qeyd edib.
Samir