Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavini Samat Ordabayevi qəbul edib.
E.Məmmədyarov iki ölkə arasında əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana olan dəstəyini yüksək qiymətləndirib.
Azərbaycanla Qazaxıstan xarici işlər nazirlikləri arasında keçirilmiş növbəti, üçüncü məsləhətləşmə haqqında məlumat verən S.Ordabayev iki ölkə arasındakı münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Tərəflər arasında regional proseslər, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Səxavət