Bu gün Milli Məclisin yaz sessiyasının beşinci plenar iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, Konistitutsiyaya uyğun olaraq, bu gün Milli Məclisdə hökumətin hesabatı dinləniləcək.
Milli Məclisin iclasını spiker Oqtay Əsədov iclası açaraq, hökumətin 2018-ci ildəki fəaliyyəti haqqında danışıb: “2018-ci il Azərbaycan üçün önəmli il olub. Nazilər Kabinetinin 2018-ci ilin yekunlarına dair illik konfransında çıxış edən Prezident İlham Əliyev bu ilin islahatlar ili olduğunu bildirmişdi. 2018-ci ildə əmək haqları, pensiyalar, təqaüdlər, bütün növ sosial müavinətlər artırıldı. 2018-ci dərin iqtisadi islahatlar ili oldu”.
Spiker əlavə edib ki, kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb: "Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub.
2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir”.