15 Mart 2019 13:54
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəsi zamanı əlilliyi olan tələbələrin problemi qaldırılıb.

Teleqraf.com xəbər verir ki, əlil tələbələrin problemini Milli Məclisin komitə sədri, deputat Siyavuş Novruzpov qaldırıb.

S. Novruzov təklif edib ki, əlil olan tələbələr təhsil haqqında azad edilsin: “Bu tələbələrin yaxşı qidalanmaq, müalicə və yaxşı təhsil almağa ehtiyacı var. Onlar bizə müraciət ediblər. Bilirlər ki, bu gün Nazirlər Kabineti Milli Məclisdə hesabat verir. Hesab edirəm ki, əlil tələbələrin ödəniş haqqının bir hissəsini hökumət, bir hissəsini onların təhsil aldığı universitetlər üzərinə götürsə, bu məsələ həll olunar. Mən həmçinin iş adamları, sahibkarları da bu prosesdə iştirak etməyə, xeyirəçiliklə məşğul olmağa dəvət edirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər